<>БАЗА ЗНАНИЙ<>INFORMATION PORTAL <>

Объявление

[реклама вместо картинки]
top.SUMQAYIT Top on A-Z.az

www.vipclub.at.ua. Приглашаем Вас пополнить команду модераторов сайта VIPclub!

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » <>БАЗА ЗНАНИЙ<>INFORMATION PORTAL <> » Vetenimizi qarış qarış gezek » Баку - столица наша!, Всё о нём.


Баку - столица наша!, Всё о нём.

Сообщений 1 страница 10 из 23

1

на сколько вы любите наш город? столицу азери гос-ва..... столицу земли нашей роднюсенькой....
я ли4но обожаю наш стариный город...и мне обидно,4то и4ери шехер застраивают нейи вар ...и некому нет до этого дела =(((
на фотке старая и новая ул. ДЖабарлы

0

2

Баку.

0

3

:)

0

4

Baki gozellikleri buyurun baxin

0

5

:)

0

6

:cool:

0

7

:cool:

0

8

:cool:

0

9

Abşeron j-a-nda tapılmış arxeoloji materiallar buranın qədim yaşajış məskəni olduğunu sübut edir. Artjom, Zığ gölü ətrafı, Şüvəlan, Mərdakan, Binəgədi, Əmirgcan və s. yerlərdə e.ə. 3-1 ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) "Bakuyə", "Bakuh", "Baku", rus məxəzlərində (15 əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.
Bakı hələ orta Şərgin iri şəhərlərindən idi. İqtisadiyyatında neft və duz əsas yer tuqurdu. Ərəb səyyahı Əbu Düləfin (10 əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ihrac olunurdu.
9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançiçiq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçiliq və s. ilə məşğul olurdu. Zəfəran da əkilirdi. Bakı hələ orta Şərgin iri şəhərlərindən idi. İqtisadiyyatında neft və duz əsas yer tuqurdu. Ərəb səyyahı Əbu Düləfin (10 əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ihrac olunurdu. 9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançiçiq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçiliq və s. ilə məşğul olurdu. Zəfəran da əkilirdi.
Bakı 10 əsrdən liman şəhəri kimi məşhur idi. 11 əsrin sonu-13 əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191 ildə Qızıl Arslan Şamaxini tutdugda şirvanşah 1 Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12 əsrdə Bakı ikicərkəli qala divari və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-35 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
13 əsrin 30-gu illərində monqollar. Bakıya hucum edib, uzunmüddətli məhasirədən sonra şəhəri aldilar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə uğradı. 14 əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakınin iqtisadi mövqeyi yüksəldi. 14 əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin ç. sahillərinə də mal daşinirdi. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla göstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri - Buxara karvansarası(14 əsr), Qız Qalası yaxinliğında Multani (hind) karvansarası (15-16 əsrlər) və s. Şərq ölkələri ilə geniş tigarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.
Şirvanşah 1 Xəlilüllahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15 əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı.
1501 ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı 1 Təhmasib 1538 ildə Bakınin da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafini ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması 17 əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18 əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18 əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda me"marlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir..
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateşi əhəmiyyəti 18 əsrin əvvəllərindən e"tibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin c.-q. sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723 il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altina keçdi.
18 əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o gümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. 18 əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbç-a hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəboldu. 1796 ilin yazında 2 Yekaterinanın əmri ilə gen. V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərb.-a yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797 ilin əvvəlində gen.P.D.Sisianov Bakının komendantı tə"yin olundu. 2 Yekaterinanın ölümündən sonra oğlu 1Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797 ilin martında Bakını tərk etdi. 19 əsrin əvvəlində 1 Aleksandr Xəzər-sahili vil.-ləri, ilk növbədə Bakını tutmaq planı ilə hüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-13) bu planın həyata keçirilməsini sür"ətləndirdi. 1805 il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806 ilin əvvəlində gen. P.D.Sisianovun qoşunları yenidən Bakıyə yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynnqulu xanla danışıqlar zamanı gen. P.D. Sisianov öldürüldü. 1806 il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərb., o gümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi. Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847 ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasina təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879 ildə Bakıda 9 qazıma buruğe vardısa, 1900 ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasina çıxdı. Neft sənayesi ilə yanaşı , Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, e"malatxanalar, tütün f-kləri buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firalarının binalarından ibarət idi.
1883 il mayın 8-də Bakı-Tiflis d.y. işə salındı. 1899 ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19 əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.

.Nəql. vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildı Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti çəkildi.
19 əsrin sonu - 20 əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901 ildə Bakı dünyada istehsal daha da artdı. 1901 ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu (667,1 mln. pud) verirdi. Bakıda onlarca neft e"malı zavodu var idi. Başqa sənaye sahələri, ticarət də inkişaf edirdi, maşınqayırma, metaləritmə, gəmi tə"miri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, sement, pivə və spirt zavodları, elektrik st.-ları, buxar dəyirmanları işləyirdi. Bakıda poliqrafiya işi də inkişaf edirdi.
28 may Azərbaycan xalqının böyük bayramıdır. 1918-ci ilin həmin günündə Azərbaycan Respublika e"lan olunmuşdur. Bu respublikanın banilərindən biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası sür "ətlə inkişaf edirdi.
1918-ci il 15 sentyabr - Bakı şəhəri Anadolu və azərbaycan türklərindən ibarət Qafqaz - İslam ordusu tərəfindən ermənilərdən azad olunmuşdur. Bakı Azərbaycanın paytaxtı e"lan edilmişdir.
1919-cu il 15 noyabr - Bakı Dövlət Unibersiteti yaradılmışdır.
1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. 11920-ci ilin aprelin 28-də Bakıda Sovet Həkimiyyəti qurulmuşdur. 1922-ci ilin dekabırın 31-də Azərbaycan SSSR-in tərkibinə daxil olmuşdur.
Sovet dövründə Bakı inkişaf etməkdə davam edirdi.
1920-1921-ci tədris ilində Bakıda ilk ali məktəblər – Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı.
1923-cü ilin iyunun 5-də Respublika kütləvi M.F.Axundov adına kitabxanasının rəsmi açılışı zamanı, onun fondlarında artıq 20 minə qədər kitab vardı.
Bakı şəhərində 1923-cü ildə elektrik tramvay xətti çəkilməyi başlayır və bu 1924-cü il fevralın əvvəlində istismara verilir.
1926-cı ildə Sovet İttifaqında ilk elektrik dəmir yolu - Bakı – Sabunçu elektrik dəmir yolu işə salınmışdır.
1940 – 1945 illərdə iqtisadiyyatını cəbhə yoluna keçirilməsi məqsədi ilə Respublikada böyük işlər görülürdü. Yüngül və yeyinti sənaeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm arsenala çevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu.
1945-ci il yanvar - Azərbaycan Respublikası Elmlər Akademiyası yaradılmışdır.Аллея шехидов
1988-ci il 17 noyabr - Azərbaycanda Milli Azadlıq hərəkati başlanmışdır.
1990-cı il 20 yanvar Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın törətmişdir. Dağüstü parkda Şəhidlər xiyabanı yerləşir. Burada azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın qəbirləri var. Şəhidlər xiyabanı bütün azərbaycan xalqının ziyarətgahıdır.
18 oktyabr 1991-ci ildə Azərbaycan Suveren Respublika e"lan edildi.
1995-ci il 12 noyabr - Azərbaycan Respublikanın Konstitusiyası qəbul edilmişdir. 2001-ci ildə noyabrin 9-10-da Bakıda bütün dünya azərbaycanlılarının milli həmrəylik günü qeyd olunmuşdur.
Bakı Sovet dövründə olduğu kimi indiki müstəqillik dövründə də Azərbaycanın paytaxtıdır.

0

10

Buda BAKI

0


Вы здесь » <>БАЗА ЗНАНИЙ<>INFORMATION PORTAL <> » Vetenimizi qarış qarış gezek » Баку - столица наша!, Всё о нём.