<>БАЗА ЗНАНИЙ<>INFORMATION PORTAL <>

Объявление

[реклама вместо картинки]
top.SUMQAYIT Top on A-Z.az

www.vipclub.at.ua. Приглашаем Вас пополнить команду модераторов сайта VIPclub!

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.



Məmməd Əmin Rəsulzadə

Сообщений 1 страница 2 из 2

1

http://www.anspress.com/ansphoto/memmed%20emin%20resulzade08.jpgMəmməd Əmin Rəsulzadənin doğum günündən artiq 124 il ötür 

Şərq dünyasında ilk demokratik respublikanın banisi 1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olub
Şərq dünyasında ilk demokratik respublikanın banisi, görkəmli şəxsiyyət Məmməd Əmin Rəsulzadənin doğum günündən düz 124 il ötür.

1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olan ictimai xadim ilk təhsilini rus müsəlman məktəbində, daha sonra isə Bakı texniki məktəbində alıb. 9 yaşında Rəsulzadə «Şərqi rus» qəzetində «Muxəmməs» adlı ilk ədəbi əsərini dərc etdirib. Artıq siyasi aləmdə ilk addımlarını atan Məmməd Əmin Rəsulzadə sosial demokratlarla yaxınlaşaraq «Hümmət» təşkilatının yaranmasında fəal iştirak edib. Bolşeviklər partiyasının liderlərindən Məşədi Əzizbəyov, Nəriman Nərimanovla, Stalinlə yaxından tanış olub. 1911-ci ildə Rəsulzadə «Müsavat» partiyasına üzv qəbul edilir. Partiyada cəmi dörd illik fəaliyyətindən sonra mərkəzi komitənin sədri seçilib.

1918-ci ildə Rəsulzadə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanı - Azərbaycan Demokratik Respublikasını yaradıb. Qısa ömr yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə 1920-ci il aprelin 28-i Qızıl ordu son qoyub.

�Məmməd Əmin Rəsulzadə isə həbs edilib. Rəsulzadənin həbsindən xəbər tutan Stalin köhnə dostunu azad etdirib və özü ilə Moskvaya aparıb. Lakin Rəsulzadə Stalinin inadına baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdəaşlıqdan imtina edərək SSRİ-ni birdəfəlik tərk edib.

İstiqlal hərəkatının lideri 1955-ci ilin martın 6-da Türkiyənin paytaxtı Ankarada dünyasını dəyişib. Əbədiyyətə qovuşmazdan öncə isə M.Ə.Rəsulzadə «Azərbaycan, Azərbaycan, Azərbaycan!» deyərək gözləri yumub. /ANS TV/

+2

2

Beli maximus  men seninle tamami ile raziyam bu insan Azerbaycan uchun  unudulmaz dahi insandir ,
bir defe ucalan bayraq bir daha enmez  deye  azerbaycan xaqini birliye chagiran Insan.

ALLAH MEMMED EMIN RESULZADEYE QENI QENI REHMET ELESIN .

P.S. SEN TARIXINI UNUTMA KI, TARIXDE SENI UNUTMASIN !!

0